Rəsmi sənəd
Məxfilik siyasəti
Son yenilənmə: 16 avqust 2026KASSA şəxsi maliyyə qeydlərinin idarəsi üçün hazırlanmış iOS tətbiqidir. Məxfiliyiniz dizaynın əsas hissəsidir.
Topladığımız məlumatlar
Nadir Kərimov və KASSA istifadəçilərin şəxsi məlumatlarını öz serverində toplamır. Tətbiqdə reklam, üçüncü tərəf analitikası, izləmə SDK-sı və məlumat brokerləri yoxdur.
Maliyyə qeydləri və iCloud
Daxil etdiyiniz gəlir, xərc, balans, alacaq, verəcək, kateqoriya, limit və xatırlatma məlumatları Apple CloudKit vasitəsilə yalnız şəxsi iCloud hesabınızın private bazasında saxlanılır və eyni Apple hesabına bağlı cihazlar arasında sinxronlaşdırılır. Bu məlumatlar KASSA müəllifinin ayrıca serverinə göndərilmir.
Profil və şəkillər
Ad və profil şəkli yalnız sizin seçiminizlə tətbiqə əlavə olunur. PhotosPicker yalnız seçdiyiniz şəklə giriş verir. Biometrik qoruma aktiv ediləndə KASSA Face ID məlumatını görmür və saxlamır; doğrulamanı iOS həyata keçirir.
Valyuta məlumatları
Məzənnələr Azərbaycan Mərkəzi Bankının açıq məlumat xidmətindən alınır. Sorğulara maliyyə qeydləriniz və profil məlumatınız əlavə edilmir.
Bildirişlər
Ödəniş xatırlatmaları cihazınızda yerli bildiriş kimi planlaşdırılır. Bildiriş icazəsini iOS Ayarlarından istənilən vaxt dəyişə bilərsiniz.
Məlumatların silinməsi
Profil bölməsində “Hesabı və bütün məlumatları sil” seçimi maliyyə qeydlərinizi cihazdan və iCloud sinxronizasiyası vasitəsilə şəxsi CloudKit bazanızdan silir.
Uşaqların məxfiliyi
KASSA istifadəçiləri izləmədiyi və şəxsi məlumatları öz serverində toplamadığı üçün uşaqlardan məqsədli şəkildə məlumat toplamır.
Əlaqə
Məxfiliklə bağlı suallar üçün developer@nadirpro.com ünvanına yazın.